Yasamalda ev YANIR
    • 8-01-2020, 20:03
    • 1 016

Yasamalda ev YANIR

Yasamal rayonunda fərdi ev yanır.

Fövqəladə Hallar Nazirliyindən News24.az -a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi 33 ünvanında fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.