İsraildə uçuşa hazırlaşan təyyarənin mühərriki yandı
    • 8-01-2020, 20:13
    • 599

İsraildə uçuşa hazırlaşan təyyarənin mühərriki yandı

"Rwanda Air” aviaşirkətinə məxsus  “Boeing 737” təyyarəsinin İsrailin Ben-Qurion hava limanından Ruandanın paytaxtı Kiqaliyə uçuşu təxirə salınıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb laynerin mühərriklərindən birinin uçuşdan əvvəl yanmağa başlamasıdır.
Yanğın zamanı göyərtədə 100 sərnişin olub. Onların hamısı İsrail vətəndaşlarıdır. Hadisə zamanı xəsarət alan olmayıb. Sərnişinlər terminala qayıdıb.