-
- 9-01-2020, 10:12
- 880
Pnevmoniyaya yoluxduran yeni virus aşkarlandı
Həkimlər Çində pnevmoniyanın başlanmasına səbəb olan yeni növ koronavirusu təyin ediblər.
News24.az "RİA"-ya istinadən xəbər verir ki, həkimlər virusun insandan insana ötürülməsi ilə bağlı əlamək aşkar etməyiblər. Qeyd olunub ki, xəstəliyə heyvanlarla təmas, habelə çiy dəniz məhsullarından istifadə nəticəsində yoluxmaq mümkündür.
Bundan əvvəl Çində naməlum mənşəli sətəlcəmin aktiv şəkildə yayıldığı bildirilmişdi. Dekabr ayında 27 yoluxma hadisəsi qeydə alınıb, 5 yanvar tarixinə 59 yoluxmuş şəxs tibbi yardım üçün müraciət edib. Ölüm barədə məlumat verilməyib.