-
- 9-01-2020, 15:33
- 746
Məşğulluq Xidməti 103 mindən çox şəxsi işlə TƏMİN EDİB
2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 103 028 işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib.
Nazirlikdən News24.az-a verilən məlumata görə, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması üçün əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarının təşkili işləri də davam etdirilib.
Ötən il ərzindənazirliyin xətti ilə ümumilikdə 3400-ə yaxın şəxs (o cümlədən Dövlət Məşğulluq Xidməti tərəfindən 3168 nəfər, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 227 nəfər) peşə hazırlığına cəlb olunub.
“İşsizin DOSTU” proqramı isə ötən il 38 min işsiz və işaxtaran şəxsin əmək müqaviləsi ilə ödənişli işlə təminatına imkan verib.
2019-cu ildə 56 rayon və şəhərdə əmək yarmarkaları da keçirilib. Yarmarkalarda 1324 müəssisə iştirak edib və 15 183 vakant iş yeri təqdim edilib. 3411 nəfərə münasib iş yerlərinə göndəriş verilib, 298 nəfərin peşə hazırlığı kurslarına qeydiyyatı aparılıb, 311 nəfər isə öz istəkləri əsasında ödənişli ictimai işlərə cəlb edilib.
Qeyd olunan dövrdə Xidmət tərəfindən 135 minədək gəncə işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri barədə məlumatlar verilib, əmək bazarının tələblərinə uyğun düzgün peşə seçmələri məqsədilə peşəyönümü xidməti göstərilib.