-
- 9-01-2020, 18:04
- 724
“Ədəbiyyat biliciləri” müsabiqəsinin ikinci mərhələsi keçiriləcək
Cari ilin yanvar-fevral ayları ərzində ölkənin bütün bölgələrində "Ədəbiyyat biliciləri” müsabiqəsinin ikinci – rayon (şəhər) mərhələsi keçiriləcək.
Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, müəyyən olunmuş kvota əsasında, hər rayon və şəhərdən qalib seçilmiş şagirdlər mart-aprel ayları ərzində keçiriləcək ölkə mərhələsində iştirak edəcəklər.
“Ədəbiyyat biliciləri” müsabiqəsi məktəb, rayon (şəhər) və ölkə olmaqla 3 mərhələdə təşkil edilir. Müvafiq Qaydalara əsasən, ötən ilin noyabr-dekabr aylarında müsabiqənin ilk - məktəb mərhələsi keçirilib.
Qeyd edək ki, Təhsil Nazirliyi artıq beşinci ildir ki, ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsini keçirir.
Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi gücləndirmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdir.