-
- 22-01-2020, 13:04
- 722
“Ədəbiyyat biliciləri” müsabiqəsinin ilk mərhələsi BAŞA ÇATDI
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində keçirilən “Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəbdaxili mərhələsi başa çatıb.
BŞTİ-dən News24.az-a verilən məlumata görə, müsabiqənin nəticələrinə əsasən, 260 nəfər VIII-IX, 345 nəfər isə X-XI sinif şagirdlərindən ibarət olmaqla, ümumilikdə 605 məktəbli rayon (şəhər) turunda iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, yanvar-fevral aylarında keçirilməsi nəzərdə tutulan rayon (şəhər) mərhələsində şagirdlər 3 saat vaxt ərzində yazılı tapşırıq yerinə yetirəcəklər. Tapşırıqların cavabları müvafiq meyarlar əsasında qiymətləndiriləcək.
Müsabiqənin yekun turu isə mart-aprel aylarında Bakı şəhərində təşkil olunacaq. Finalda müsabiqə iştirakçıları 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazmalı və sorğu vərəqində onlara təqdim olunmuş 10 sualı yazılı cavablandırmalıdırlar.
İnşa yazı 10 ballıq şkala üzrə, 10 sualın hər biri isə maksimum 10 balla qiymətləndiriləcək. Hər bir iştirakçının yekun balı hər iki tapşırığa verilən ballar əsasında müəyyən olunacaq.
Müsabiqədə I, II, III yerlərə layiq görülmüş iştirakçılar mükafatlandırılacaq.
Onu da qeyd edək ki, “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsinin əsas məqsədi şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini artırmaq, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirməkdən ibarətdir.