-
- 11-06-2019, 15:49
- 879
“Ədəbiyyat biliciləri” mükafatlandırılıb - FOTO
İyunun 11-də “Ədəbiyyat biliciləri” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, müsabiqənin Təşkilat Komitəsinin və Münsiflər heyətinin üzvləri və müsabiqə qalibləri iştirak edib.
Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi artıq dördüncü ildir keçirilir. Nazir müavini müsabiqənin şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi gücləndirmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənən şagirdləri qiymətləndirmək baxımından mühüm rolunu diqqətə çatdırıb.
Məhəbbət Vəliyeva qeyd edib ki, şagirdlərin kitaba, bədii ədəbiyyata üz tutması, mütaliəyə istiqamətləndirilməsi Təhsil Nazirliyi tərəfindən prioritet məsələ kimi qəbul edilir. Nazir müavini ümumtəhsil məktəb şagirdlərində mütaliə vərdişləri və mədəniyyətinin yaradılması istiqamətində davamlı tədbirlərin keçirilməsini yüksək qiymətləndirib.
Çıxışının sonunda Məhəbbət Vəliyeva müsabiqənin qaliblərini təbrik edib, onlara təhsildə və müstəqil həyatda uğurlar arzulayıb.
“Ədəbiyyat biliciləri” müsabiqəsi 3 mərhələdə təşkil olunub. Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 25 minə yaxın şagird iştirak edib. Onların arasından fərqlənən 5500 şagird rayon (şəhər) mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin rayon (şəhər) mərhələsi fevral ayında yekunlaşıb və mart ayında keçirilən ölkə mərhələsində 125 şagird iştirak edib .
Bu mərhələdə iştirakçılar 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazıb və 10 sualı yazılı cavablandırıblar. Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanaraq qiymətləndirilib.
Müsabiqənin nəticələrinə görə, 6 nəfər birinci, 10 nəfər ikinci, 16 nəfər üçüncü dərəcəli diploma, 20 nəfər tərifnaməyə layiq görülüb. Qaliblərə diplom və tərifnamələrlə yanaşı, qiymətli hədiyyə və kitablar təqdim olunub.
Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrində nəzərdə tutulan vəzifələrin icrasına xidmət edir.