Bakıda faciə! Yanğında 3 tələbə öldü
    • 9-01-2020, 23:54
    • 1 002

Bakıda faciə! Yanğında 3 tələbə öldü

Paytaxtın Səbail rayonunda mənzildə yanğın olub.
News24.az xəbər verir ki, Bayıl qəsəbəsi Mirzə Mustafayev küçəsi 14 ünvanında mənzildə kirayə yaşayan üç Şri-Lanka vətəndaşı dünyasını dəyişib. Ölən şəxslərin tələbə olduğu bildirilir. Onların meyiti həmin ünvanda aşkarlanıb. Əraziyə təcili tibbi yardım briqadası və polislər cəlb olunub. Hadisə şahidlərinin sözlərinə görə, evdə 3 xanım olub.