Dəhşətli qəzaya düşdüyü deyilən məşhur müğənni... - VİDEO
    • 10-01-2020, 17:31
    • 1 030

Dəhşətli qəzaya düşdüyü deyilən məşhur müğənni... - VİDEO

Ötən gün müğənni Vüqar Muradovun ağır qəza keçirdiyi və təcili qana ehtiyacı olduğu haqda məlumatlar yayılıb.

News24.az xəbər verir ki, ifaçı bu gün ARB-də yayımlanan "Elgizlə izlə" verilişinə gələrək xəbərləri yalanlayıb. Onun sözlərinə görə yayılan görüntülərdə onun adaşı əks olunub: "Verilişə bir başa Qaxdan gəlmişəm. Bir neçə gün öncə qohumlarımdan biri mənə bir şəkil göndərdi, orda üzü param-parça olmuş, vəziyyəti çox pis bir kişinin şəkilidir. Məlumatda da yazılıb ki, görüntüdəki müğənni Vüqar Muradovdur. Şoka düşdüm. Hətta şəkili paylaşan insan şərh bölməsində bank hesabının nömrəsini yazıb. Camaatdan güya mənim müalicəm üçün pul yığır. Düşündüm ki, bu kimdirsə mənim düşmənimdir. O adamla telefonla danışandan sonra aydınlıq gəldi. Sən demə, qəzaya düşən oğlanın da adı Vüqar Muradovdur. Ancaq, mən Qüdərt oğluyam, o isə Valeh oğludur. Kömək edən hər kəsə təşəkkürümü bildirirəm. Mütləq onun yanına gedəcəyəm".

Sevda Bayramova