"Onun kitabı  mənim üçün çoxdan bağlanıb" - NATAVANDAN VÜQAR İSLAMZADƏYƏ CAVAB
    • 12-09-2019, 18:10
    • 1 926

"Onun kitabı mənim üçün çoxdan bağlanıb" - NATAVANDAN VÜQAR İSLAMZADƏYƏ CAVAB

Bir müddət öncə mediada gənc aktrisa Natavan Əfəndiyevanın Xalq artisti Akif İslamzadənin qardaşı oğlu Vüqar İslamzadə ilə gizlin evləndiyi barədə məlumatlar yayılmışdı.

Cütlüyün gözlərdən uzaq məclis qurub, nikah kəsdiyi söylənilirdi. Hətta aktrisa birgəliklərinin sübütu kimi Facebookda "ailəli" statusunu qeyd etmişdi. 
Bu gün isə Vüqar İslamzadə Axşam.az saytına Natavanla ümumiyyətlə evli olmadıqların, sadəcə 3 ay birgə yaşadıqlarını söyləyib.

News24.az-a danışan Natavan Əfəndiyeva isə onun fikirlərini yalanlayıb:  "Biz 6 ay ailəli olmuşuq. Hətta onun ailəsi ilə birgə yaşamışam. Bununla bağlı əlimdə sənədlər, yazışmalar, qeydlər var. Əgər o, indi nəyisə qəbul etmək istəmirsə, bu, onun şəxsi işidir. Nə olursa, yaxşılığa doğru olur. Rəsmi evlilik üçün sənədlərimizi vermişdik, sadəcə, onun işlərinin çox olduğuna görə məsələni həll edə bilmədik. Ancaq kəbinimiz olub. Ətrafımız, dostlarımız məclisimizdə iştirak ediblər. Vüqarın kitabı mənim üçün artıq bağlanıb. Həyatımda mənimlə, qayğılarımla maraqlanan, başqa insan var. Həmçinin onun da. Biz 5 aydır ayrıyıq".

Sevda Bayramova