Magistral qaz kəməri zədələndi - rayonlar qazsız qaldı
    • 13-01-2020, 10:14
    • 565

Magistral qaz kəməri zədələndi - rayonlar qazsız qaldı

Yanvarın 12-də yol tikintisi ilə məşğul olan podratçı təşkilat tikinti işləri icra edərkən Qaz İxrac İdarəsinin balansında olan "Xaldan-Balakən" yüksək təzyiqli magistral qaz kəmərinin Şəki rayonu, Dəhnə kəndindən keçən hissəsini zədələyib.

Azəriqaz İB-dən News24.az-a verilən məlumata görə, təcili tədbirlər görülərək kəmərdə təzyiq dərhal aşağı endirilib və qaz xəttinin 29-59-cu km-ləri arasında qəzanın ləğv edilməsi məqsədilə saat 15:20-də qaz təchizatı dayandırılıb.

Yaxın 1-2 saat ərzində borudan qaz qəbulu davam edəcək, lakin sonradan təzyiq aşağı düşdükcə Şəki, Qax, Zaqatala, Balakən rayonlarının qaz təminatında fasilə yaranacaq. Bütün yerli icra hakimiyyətləri baş verənlər barədə ətraflı məlumatlandırılıb.