-
- 13-01-2020, 13:31
- 894
"Tərbiyəçi bir müəllimlə məni otağa aparıb qaşlarımı yoxladılar"- AYBƏNİZ HAŞIMOVA
Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə aktivlik nümayış etdirir.
News24.az xəbər verir ki, Haşımova "İnstagram"da tələbəsi ilə şəklini paylaşaraq, başına gələn hadisəni yazıb: "Bu fotonu tələbəm Müzəffər gizli çəkərək mənə göndərib. Siz necə dəyərləndirəcəksiz, bilmirəm. Amma mənə o qədər təsir etdi ki, sözə çevirə bilmirəm. Mən uşaq vaxtı yaşadığım 8 nömrəli internat məktəbində bir müəllimə var idi. Ondan çox qorxurduq. Qadın bizdə “iclas” sözünü fobiyası yaratmışdı. Hələ də məni kimsə iclasa çağıranda elə bilirəm ki, çox pis danlanacam. Çünki uşaqlarımızın hamısını söyürdü, yaxud özünəməxsus bir formada qarğış edirdi. O vaxt sözlərinin mənasını anlamırdıq. Görəsən, biz necə dözmüşük? Deməli, belə çıxır ki, o vaxt uşaqlar dözümlü olub. İradələri zəif olmayıb, hə?! Ailə qurmamışdan əvvəl qaşlarım çox nazik idi. Hətta yaxından görməyənlər elə bilirdi ki, qaşlarımı almışam. Bir gün həmin o tərbiyəçi yanında bir müəllim yoldaşı ilə məni otağa apardılar. Üzümü pəncərənin önünə tərəf tutaraq qaşlarımı yoxladılar. Mən də səfeh kimi onların əlinin altında oturub icazə verdim ki, qaşlarıma baxsınlar. Adama deyən lazımdır ki, bu uşağın sahibi ola-ola sən kimsən ki, başına hoqqa açırsan? Bu barədə evdəkilərə heç məlumat vermədim. Bütün uşaqların o qadına qarşı qorxusu var idi.
Uşaqları qorxudaraq guya öz aləmində tərbiyə edən müəllimlərə sözüm var! Onlara öncə sevgi vermək, qayğı göstərmək lazımdır. Uşaqlar onsuz da böyük sevgilərindən ehtiram göstərəcəklər. Uşaqları qorxutmağa çalışmayın. Bu, ömürlük travmaya çevrilə bilər. Uşaqlar müəllimini sevməlidir, qorxmalı deyil".
Sevda Bayramova