Koala və kenquruları qoyan Avstraliya hakimiyyəti 5 MİN DƏVƏNİ GÜLLƏLƏYƏCƏK
    • 14-01-2020, 17:59
    • 972

Koala və kenquruları qoyan Avstraliya hakimiyyəti 5 MİN DƏVƏNİ GÜLLƏLƏYƏCƏK

Avstraliya hakimiyyəti beş min dəvəni öldürmək qərarına gəlib.

News24.az xəbər verir ki, bu barədə "Fox 13" məlumat yayıb. Belə ki, Cənubi Avstraliya əyalətində quraqlıq və yüksək temperatur səbəbiylə dəvə sürüləri kənd icmalarına basqın edir, insanlar üçün qida və su təchizatını məhv edir. Zəif heyvanlar su hövzələrində ölür və suyu çirkləndirir, yerli sakinlərin həyatını çətinləşdirir.

Səlahiyyətlilər isə ilk növbədə suyu, qocaları və uşaqları qorunmağın vacib olduğunu bildiriblər. 

Dəvələr XIX əsrin ortalarında Avstraliyada qitənin tədqiqi zamanıortaya çıxıb. Hazırda bir milyondan çox dəvə Avstraliya çöllərində yaşayır. Dəvələr yerli floranı təhdid edən və su obyektlərini çirkləndirən zərərvericilər hesab olunur.