Sumqayıtda yaşlı kişi köşkdə yanaraq ölüb
    • 15-01-2020, 01:33
    • 535

Sumqayıtda yaşlı kişi köşkdə yanaraq ölüb

Sumqayıtda 71 yaşlı kişi köşkdə yanaraq ölüb.
Şəhər polis idarəsindən News24.az-a bildirilib ki, hadisə Yaşıldərə yaşayış massivində qeydə alınıb. Belə ki, yanvarın 14-də gecə saatlarında həmin ərazidəki köşklərdən birində qardaşı ilə birlikdə olan 1949-cu il təvəllüdlü Əsəd Şəbiyevin yanmış meyiti aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.