Avstraliyanın bərpası üçün BİR ƏSR LAZIMDIR
    • 15-01-2020, 14:53
    • 556

Avstraliyanın bərpası üçün BİR ƏSR LAZIMDIR

Geniş miqyaslı meşə yanğınlarından sonra Avstraliyanın bərpa olunması üçün 100 il müddət lazımdır.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğınlar səbəbindən 28 nəfər həlak olub, 2 mindən çox ev dağılıb və çox sayda heyvan ölüb.

Qeyd olunub ki, yanğının tüstüsü dünyanı ən azı bir dəfə dövr edəcək ki, bu da dünyada atmosfer şəraitinə mənfi təsir göstərəcək.

Həmçinin Melburndakı havanın çirklənməsi təhlükəli həddə çatıb. Ayrıca yanğınlar Melburn hava limanının fəaliyyətini dayandırıb.

Bölgədə yağışlara baxmayaraq yanğınlar genişlənməyə davam edir. Bununla əlaqədar yerli Viktoriya hakimiyyəti əhalinin yeni evakuasiya əmrini verib.