Sumqayıtda beşmərtəbəli binada yanğın - XƏSARƏT ALAN VAR
    • 16-01-2020, 09:00
    • 937

Sumqayıtda beşmərtəbəli binada yanğın - XƏSARƏT ALAN VAR

Sumqayıt şəhərində beşmərtəbəli binada yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 65 m² olan 3 otaqlı məzilin 1 otağında döşəmə 1 m² sahədə, 1 ədəd elektrik qızdırıcısı və yataq dəsti qismən yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.