Sumqayıtda bina yandı, sakinlər təxliyə edildi
    • 6-12-2019, 22:24
    • 710

Sumqayıtda bina yandı, sakinlər təxliyə edildi

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasında yanğın baş verib. 


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az -a verilən məlumata görə, binanın üçüncü mərtəbəsində ümumi sahəsi 67 m² olan 4 otaqlı mənzilin 2 otağında 2 ədəd yataq dəsti, digər otağında 1 ədəd xalça və 2 m² sahədə döşəmə yanıb.

Yanğın zamanı 7 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.


Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.