Hava limanında yanğın - İNSANLAR TƏXLİYƏ OLUNUR - VİDEO
    • 16-01-2020, 11:07
    • 1 138

Hava limanında yanğın - İNSANLAR TƏXLİYƏ OLUNUR - VİDEO

İspaniyanın Alikante şəhərində böyük yanğın səbəbiylə hava limanı boşaldılır. 

News24.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Hava limanının damında yanğın baş verdiyi bildirilir. Hazırda insanlar binalardan və təyyarələrdən təxliyə edirlər.

Qeyd olunur ki, Alikanteyə gəlməsi lazım olan təyyarələr digər hava limanlarına yönləndirilir. Eyni zamanda, təyyarələr yanğının baş verdiyi hava limanından uçuşu davam etdirir.

Xəsarət alanlarla bağlı məlumat verilmir.