-
- 17-01-2020, 14:45
- 878
YAP pulsuz efir vaxtından imtina etdi
Yeni Azərbaycan Partiyası Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində İctimai Televiziyada pulsuz efir vaxtından imtina edib.
News24.az xəbər verir ki, partiya bu addımı bütün namizədlərə bərabər şərait yaratmaq məqsədilə atıb.
Qeyd edək ki, yanvarın 17-dən seçkiqabağı təbliğat-təşviqat mərhələsi başlayıb. Seçki qanunvericiliyinə əsasən, seçki dairələri üzrə 60-dan çox namizədi qeydə alınmış siyasi partiyalara ödənişsiz efir vaxtı hüququ verilir. Azərbaycanda bu funksiyanı İctimai Televiziya və Radio Yayımları Şirkəti həyata keçirir.
YAP-ın namizədliyini irəli sürdüyü 123 nəfərin hamısının namizədliyi qeydə alınıb.