-
- 18-01-2020, 10:44
- 821
2020-ci ildə 10 reabilitasiya və sosial xidmət müəssisəsi istifadəyə veriləcək – Nazir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində 10 457 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa reabilitasiya xidmətləri göstərilib.
News24.az-ın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev kollegiya iclasında bildirib. Onun sözlərinə görə, əlilliyi olan şəxslərin 38041 reabilitasiya vasitəsi ilə təmin olunub. O, ötən il Yevlax, Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzlərinin, Mərdəkan Müalicə Pansionatının, Protez-Ortopedik Bərpa Mərkəzinin, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildiyini, Gəncədə Peşə Hazırlığı Mərkəzinin açıldığını, 2020-ci ildə də 10 reabilitasiya və sosial xidmət müəssisəsinin istifadəyə verilməsinin planlaşdırıldığını bildirib.
Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artımından bəhs edən S.Babayev əsassız pensiya və əlillik təyinatlarının ləğvi, habelə geniş elektronlaşma proqramı nəticəsində büdcə vəsaitlərinə qənəat edilməsi, imtiyazlı şəxslərin mənzil və avtomobillə təminatı və digər sahələrdə əldə edilən müsbət nəticələri qeyd edib. Prezident İlham Əliyevin tapşırığına əsasən bu il daha 1500 mənzilin və fərdi evin müharibə əlilləri və şəhid ailələrinə veriləcəyini diqqətə çatdırıb.
Afaq Mirayiq