Ucarda bir ailənin 3 üzvü qəzaya düşdü
    • 20-01-2020, 20:43
    • 1 083

Ucarda bir ailənin 3 üzvü qəzaya düşdü

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Azərbaycan küçəsində qeydə alınıb.
1975-ci il təvəllüdlü Namiq Sabir oğlu Əliyevin idarə etdiyi "Nissan" markalı minik maşını Rasif Seyidovun idarə etdiyi "VAZ-2106" markalı maşınla toqquşub. Nəticədə sürüsü N.Əliyevin anası, 1948-ci il təvəllüdlü Əsmayə İslam qızı Qasımova, qızları - 2008-ci il təvəllüdlü Fəxri və 2012-ci il təvəllüdlü Şəxri Əliyevalar müxtəlif xəsarətlər alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.