-
- 17-01-2020, 21:26
- 1 407
Deputatlığa namizəd Vüqar İskəndərov görüşlərə başladı -FOTOLAR
113 saylı Şəki şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi İskəndərov Vüqar Yapon oğlunun təbliğat-təşviqat kampaniyası çərçivəsində şəhər sakinləri ilə ilk görüşü keçirilib.
News24.az xəbər verir ki, tədbirdə rayonun ictimaiyyət nümayəndələri, müxtəlif yaş təbəqələrindən olan insanlar iştirak edib. Görüşdə çıxış edən YAP-ın seçki qərargahının təbliğatçıları Yeni Azərbaycan Partiyasının iqtidarda olduğu dövr ərzində ölkənin inkişafında oynadığı rol barədə danışıblar. Seçki qərargahının sədri Kamil Məmmədov namizəd Vüqar İskəndərovun tərcümeyi halı və həyat fəaliyyəti ilə bağlı seçicilərə ətraflı məlumat verib. Daha sonra natiqlər həm ölkəmizdə, həm də Şəki şəhərində dövlət proqramlarının icrası ilə bağlı uğurlu nəticələrin əldə olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Qeyd olunub ki, YAP sədri, ölkə prezidenti cənab İlham Əliyev son illərdə dərin islahatlar kursuna start verib. Bu da ölkə əhalisi tərəfindən çox böyük rəğbətlə qarşılanır. Çıxış edən natiqlər ölkədə həyata keçirilən inkişaf strategiyasından və əldə olunan uğurlardan danışıblar. Hər biri 113 saylı seçki dairəsindən YAP-ın namizədi Vüqar İskəndərovu dəstəkləməyə çağırıblar.
Tədbir iştirakçıları deputatlığa namizəd haqqında öz ürək sözlərini və fikirlərini söyləyiblər. Sonda deputatlığa namizəd Vüqar İskəndərov “Daha güclü Azərbaycan naminə!” devizi altında başlanan seçki kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının təqdim etdiyi “Azərbaycanın daha da inkışafı üçün 10 addım” paketimiz haqqında, ölkə rəhbərinin həm daxili, həm xarici siyasətdəki uğurları barədə, həmçinin Şəki şəhəri ilə bağlı vacib olan məsələlər barəsində geniş məlumat verib. Hamını 9 fevral tarixində keçiriləcək parlament seçkilərində fəal olmağa çağırıb. Tədbirin sonunda deputatlığa namizəd sualları cavablandırıb.