-
- 21-01-2020, 15:02
- 940
Avtobuslarda cibgirlik edən iki nəfər SAXLANILDI - FOTOLAR - VİDEO
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən sərnişin avtobuslarında cibgirlik edən şəxslərə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, sərnişinlərin sıx olduğu vaxtlarda 7 saylı avtobuslarda cibgirlik edən iki nəfər şəhər sakini əvvəllər məhkum olunmuş Məmməd Məmmədov və Elnur Abbasov saxlanılıblar.
Araşdırma zamanı hər iki şəxsin avtobuslarda ümumilikdə 4 vətəndaşın cibindən pul, mobil telefon və digər qiymətli əşyalar oğurladıqları müəyyən edilib.
Bu şəxslərin avtobuslarda cibgirlik etmələri nəqliyyat vasitələrində quraşdırılan müşahidə kameraları vasitəsilə də anbaan qeydə alınıb.
Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. E. Abbasov və M. Məmmədovun Sumqayıt, eləcə də paytaxt ərazisində analoji cinayətlər etdikləri istisna olunmur.
Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.