6 dəfə məhkum olunmuş şəxsdən YENİ CİNAYƏT - FOTO
    • 8-04-2020, 16:24
    • 686

6 dəfə məhkum olunmuş şəxsdən YENİ CİNAYƏT - FOTO

Paytaxt ərazisində sərnişin avtobusları və insanların sıx olduğu yerlərdə çoxsaylı cibgirlik cinayətləri etdiyi üçün Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Göyçay rayon sakini, əvvəllər 6 dəfə məhkum olunmuş Rövşən İsmayılovun başqa qanunazidd əməlləri də məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə R.İsmayılovun paytaxt ərazisində daha 5 nəfərin cibindən mobil telefon, pul və digər qiymətli əşyalar oğurladığı müəyyən edilib.

Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. Rövşən İsmayılov paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Bakı şəhər Baş Polis İdarəsinə, ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.