Deputat olmaq istəyən məşhur prokurorun xanımı facebook profili açdı - FOTO
    • 22-01-2020, 10:27
    • 4 299

Deputat olmaq istəyən məşhur prokurorun xanımı facebook profili açdı - FOTO

Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin böyük prokuror-metodisti, kiçik ədliyyə müşaviri Əminə Ağazadənin 57 saylı Kürdəmir Seçki Dairəsindən deputatlığa namizəd olması barədə məlumat vermişdik.

News24.az-ın məlumatına görə, deputat olmaq istəyən Ə.Ağazadə sosial şəbəkələrdə də təbliğat aparmaq qərarına gəlib və özünə yeni facebook səhifəsi yaradıb.

Onun səhifəsində yerləşdirdiyi bəzi fotoları təqdim edirik. 

Qeyd edək ki, Əminə Ağazadə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə keçmiş böyük müstəntiqi, hazırda Pirallahı rayonun prokuroru olan İbrahim Ləmbəranskinin həyat yoldaşıdır. 

Ləmbəranski 2011-ci ildən etibarən, Quba hadisələri, “NİDA”çıların işi, Leyla Yunus, Rauf Mirqədirovun işi kimi bir çox siyasi motivli hadisələrdə dövlət ittihamçısı kimi məşhurlaşıb.