Məşhur prokurorun həyat yoldaşı deputatlığa namizəd oldu
    • 13-01-2020, 09:55
    • 2 482

Məşhur prokurorun həyat yoldaşı deputatlığa namizəd oldu

Baş Prokurorluğun əməkdaşı deputatlığa namizədliyini verib.

News24.az-ın məlumatına görə, Respublika Prokurorluğunun Beynəlxalq Əlaqələr İdarəsinin böyük prokuroru Əminə Ağazadə millət vəkili seçkilərində iştirak edəcək. Onun namizədliyi 57 saylı dairədə qeydə alınıb.

Qeyd edək ki, Əminə Ağazadə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə keçmiş böyük müstəntiqi, hazırda Pirallahı rayonun prokuroru olan İbrahim Ləmbəranskinin həyat yoldaşıdır. 

Ləmbəranski 2011-ci ildən etibarən, Quba hadisələri, “NİDA”çıların işi, Leyla Yunus, Rauf Mirqədirovun işi kimi bir çox siyasi motivli hadisələrdə dövlət ittihamçısı kimi məşhurlaşıb.