Şəkidə 13 yaşlı oğlan İTKİN DÜŞDÜ
    • 22-01-2020, 12:12
    • 1 928

Şəkidə 13 yaşlı oğlan İTKİN DÜŞDÜ

Şəkidə azyaşlı itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Şəki şəhər sakini 2007-ci il təvəllüdlü Hüseynəli Hüseynli yanvarın 13-ü səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

O, evdən çıxarkən əynində qarışıq rəngli gödəkçə, qara şalvar və çəkmə, boz rəngli papaq olub. 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan  DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinə 024-244-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, azyaşlının əqli qüsuru da var.