Buna heç kimin ixtiyarı yoxdur - Məzahir Pənahov
    • 22-01-2020, 13:08
    • 625

Buna heç kimin ixtiyarı yoxdur - Məzahir Pənahov

“Müasir dünyada hamının sosial şəbəkələrə girişi bərabərhüquqludur”.

News24.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün "Seçki mübahisələrinin məhkəmə qaydasında həlli" mövzusunda keçirilən seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzair Pənahov bildirib.

MSK sədri deyib ki, bu gün dünyanı sosial şəbəkələr idarə edir: “Dövlətin idarəçilik sistemindən asılı olmayaraq, istənilən ölkənin vətəndaşının sosial şəbəkələrə girişi bərabərhüquqludur. Növbəti addımlarda cəmiyyətin fəaliyyətini tənzimləyən bütün qaydalar, qanunlar sosial şəbəkələrlə tənzimləncək. Bu reallığı hər kəs gözünün qarşısına gətirməlidir”.

M. Pənahov bildirib ki, məntəqəyə daxil olan vətəndaşın telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur: “Siz bütün dünyanın gözü qarşısındasınız. Dediklərimin çoxunu burada oturanlar gözəl bilsə də, açıq şəkildə müzakirə etmək istəmir. Amma açıq şəkildə müzakirə edilən problemlər həll edilməyə bir addım qalan problemlərdir”.