-
- 22-01-2020, 15:51
- 887
"Milli maraqlar hər şeydən üstündür" - PREZİDENT
"9 fevral 2020-ci il tarixində keçiriləcək növbədənkənar seçkilərin nəticələri ilə formalaşacaq Azərbaycan parlamentinin yeni tərkibi ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların mühüm hissəsinə çevriləcək".
News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” konfransında deyib:“Önümüzdəki ayda, əhalinin etibar etdiyi adamları seçmələrini təmin etmək üçün erkən parlament seçkiləri keçirəcəyik. Seçkilərdən sonra parlament islahatların çox vacib bir hissəsinə çevriləcək".
Prezident qeyd edib ki, Azərbaycan qonşu ölkələrə qarşı dost siyasət yürüdür, amma milli maraqlar hər şeydən üstündür:“Siyasi və iqtisadi sahədə çox ciddi islahatlar aparmağı bacardıq. Əldə etdiyimiz nailiyyətlər Dünya İqtisadi Forumunun qiymətləndirmələrində və Davos Forumunun işində öz əksini tapmışdır. İnfrastruktur, yolların keyfiyyəti sahəsində çox şey əldə etdik - bu göstərici ilə dünyada 27-ci yerdəyik".
İlham Əliyev əlavə edib ki, islahatlar çərçivəsində hökumətin tərkibi yenilənir: “İslahatlar nəticəsində yeni insanlar meydana çıxdı. Bunlar müasir görüşləri olan yüksək təhsilli gənclərdir. Dəfələrlə demişəm ki, 21-ci əsrdə müvəffəqiyyət yalnız 20-ci əsrin baxışlarına riayət etməməyimizdə mümkündür. Buna görə təkcə hökumətdə deyil, həm də prezident administrasiyasında yeni insanlar lazımdır. Burada da böyük dəyişikliklər baş verdi".