-
- 22-01-2020, 18:02
- 9 673
"Allah rizası üçün köhnə fotolarımı silin" - XURAMAN ŞUŞALI - VİDEO - FOTOLAR
İllər öncə onu tanıyanlar nə zamansa hicab bağlayıb, ibadət edəcəyini, ailə qurub 4 uşaq anası olacağını ağlına belə gətirməzdilər. Çünki zamanında səhnədə sərbəst geyimi, davranışı ilə kifayət qədər diqqət çəkmişdi. Amma bu gün şou-biznesinin ən çox uşaqlı müğənnilərindən biridir. Söhbət Xuraman Şuşalıdan gedir.
Onun News24.az-a verdiyi səmimi müsahibəsini təqdim edirik:
- Dördüncü dəfə ana oldunuz. Çoxuşaqlı ana olmaq necə hissdir?
- Əslində, hər zaman arzulamışam ki, iki qızım və iki oğlum olsun. Düzdür, dördüncü övlad anasl olmaq planımda yox idi, amma sürpriz oldu. Ana olacağımın xəbərini eşidən gündən hər zaman qızımın olması üçün dua etdim. Çünki bacım olduğuna görə, istəyirdim, qızımın da bacısı olsun. Düzdür, həmişə öz-özümə deyirdim ki, qızıma həm ana, həm bacı, həm də rəfiqə olacağam. Düşünürəm ki, qız uşağı üçün ən yaxşı rəfiqə elə anadır. Üçüncü övladımın 5 yaşı var. Dördüncü övladımdan öncə fikirləşirdim ki, artıq rahat həyat yasayacağam, daha çox sənətimlə məşğul olacağam, amma elə olmadı. Yenidən sıfırdan başladım. İnanırsınız, elə şeylər var ki, hətta unutmuşdum. Allah güc, ömür versin, yavaş-yavaş addımlayacayıq. Müəyyən yaş dövrü var ki, artıq çətinliklər başlanılır, amma çalışacayığ ki, onların öhtəsindən gələ bilək.
“Gözləyirəm ki, Elçin yuxudan durub uşaqlara yemək versin”
- Bəs, beşinci övlad?
- Yox. Əslində altı olsa, çox gözəl olardı, (gülür) amma yox. 18 yaşımda ailə həyatı qursaydım, indi də yaşım az olsaydı, bəlkə bu haqda düşünərdim, amma dörd məncə, kifayətdir. Bəzən deyirlər, “dörd uşaq, bunları necə yerbəyer edəcəksən, sənin üçün çətin olacaq...” o zaman izah edirəm ki, onları biz yox, Allah yerbəyer edir. Biz kimik ki... Heç kimdən, heç nə gözləməyəcəksən, ummayacaqsan. Bütün çətinlikləri öz üzərinə götürəcəksən. Gözləməyəksən ki, həyat yoldaşın, qayınanan, baldızın, anan, bacın sənə kömək etsin, hər şeyi özün edəcəksən. Nə də ki, uşağı qul etməməlisən. Heç vaxt ona müdaxilə edib, deməməlisən ki, “get, bacını yellə, ona bax”. Olmaz! Uşağın da özünə görə əyləncəsi var, bunu ondan ayırmaq olmaz. Özün yükün altına girəcəksən və nəticəsinə də görəcəksən. Əvvəllər mənim həyatımda vəziyyət başqa cür olub. Anam sağ olanda, hər şeyi ondan gözləyirdim. Amma o dünyasını dəyişəndən sonra anladım ki, nə qədər də doğma insan olsa belə, ondan nəyisə gözləmək doğru deyil. Məsələn, şənbə-bazar həyat yoldaşım evdə olur. Mən gözləyirəm ki, Elçin yuxudan oyansın, uşaqlara yemək versin. Eynilə də o. Gözləyir ki, mən nə vaxt yuxudan duracam və uşaqları yedizdirəcəm. Nəticədə uşaq ortada ac qalır. (gülür) Düzdür, həyat yoldaşım çox anlayışlıdır. İşim çox olanda mənə kömək edir. “Dır-dır” eləsə də, anlayış göstərir (gülür) Biz bir-birimizə hər zaman dəstək olmalıyıq. Yoxsa mən deyim ki, “sən evdə otur, mən gedim” ya da əksinə... Elə olmaz. Çünki o zaman münasibətlər gərginləşir. Ailəmizdə ən çox söz-söhbətlər mənim dirəşməyimdən qaynaqlanır. Rəhmətlik anam hər zaman bacıma deyərdi ki, “Ay bala, bunlar burdan dalaşırlar, ordan da Xuraman “aşkım-aşkım” deyə Elçinin ardınca düşüb onu işə yola salır. Bunlardan baş açmaq mümkün deyil”. Dirəşmək xüsusiyyətim uşaqlıqdan məndə var. Onda da öz bildiyimlə gedirdim. Buna görə də atam həmişə arxamca “şəpit” atırdı (gülür). Amma mülayimliyim də var.
- Səhnəyə olduqça iddialı gəlmişdiniz. Amma sonra mövqeyinizdən geri çəkildiniz. Səhnə ilə bağlı istəkləriniz də azaldı, sanki...
- Mən müəyyən bir yaşda istədiyim hər bir şeyə nail oldum. Getdiyim tədbirlərdə, məclislərdə, oxuduğum konsertlərdə tanınırdım, mahnılarım sevilirdi, amma bütün bunlar məni tamamilə xoşbəxt eləmirdi, həyatımda boşluq vardı. O dövrlərdə biz Şuşadan didərgin düşdük, evsiz-eşiksiz qaldıq, buna baxmayaraq, sənətimdə uğurlar qazana bildim. Amma ailəmin, övladlarımın mənə verdiyi xoşbəxtliyi sənətdə tapmadım. Bilirsiniz, sən dünya ulduzu ola bilərsən, amma ailənin verdiyi xoşbəxtlik dünyanın heç bir sənətində yoxdur. Dünyaca məşhur ulduz olub beş dəqiqə xoşbəxt olmaqdansa, həyatının sonuna qədər gözəl ailənin olması daha yaxşıdır, məncə.
AzTV-ə hicablı olduğuma görə məni efirə buraxmır
- Ailə həyatı qurandan sonra bir neçə il səhnədən uzaqlaşdınız. Sonra isə qarşımıza “hicab”lı şəkildə çıxdınız. Bu dəyişiklik sənətinizdə hər hansısa problem yaratdı?
- Bəli, yaratdı. Məsələn, AzTV-ə hicablı olduğuma görə məni efirlərə dəvət etmir. Halbuki, mən o televiziyada böyümüşəm. “Bənovşə” uşaq xorunda oxumuşam, AzTV-nin solisti olmuşam, “Qızıl Fond”da ifalarım var, “Arşın mal alan”da Telli obrazını canlandırmışam, Tofiq Tağızadə, Tükəzban İsmayılova, İslam Rzayev məktəbini görmüşəm, konservatoriyada oxumuşam, ali musiqi təhsili almışam. Hətta bu gün pedaqoq kimi çalışıram. Niyazi adına musiqi məktəbində müəlliməyəm. Ancaq təssüf ki, müəyyən qapılar var ki, gedib onları döyməlisən. Fəxri ad almaq üçün müraciətlər etməlisən. Bunların heç birini etməmişəm və qarşıma çıxan heç bir şanslardan da yararlanmamışam. Halbuki kiməsə deyə bilərdim ki, “mən də fəxri ad istəyirəm”, Amma düşünürəm, nahaq. İndidən sonra bunu edəcəm, etmək lazımdır. İndi Fəxri ad almaq istəyirəm. Çünki bunun üçün yetərincə fəaliyyətim olduğunu düşünürəm.
“Nə ödənişi edirəm, nə də ki, hər gün kiməsə zəng edib xahiş edirəm”
- AzTV-ni bildik, bəs, başqa efirlərdə, radiolarda səsiniz niyə az eşidilir?
- Bilirsiniz, gərək hər gün radioya zəng edib deyəsən ki, yeni mahnım var, onu ver. Ya da ödənişli televiziyayaya pulunu verib “raskrutka” olunmalısan. 1500-200 manat civarında pul verməlisən. Ödəniş vermirsənsə, heç olmasa bahalı hədiyyə göndərməlisən. Gündəmdə olan müğənnilərimizin hamısı bunu edirlər. Sadəcə, heç kim bunu etiraf eləmir, amma reallıq budur. Hörmət-hörmətə bağlıdır. Amma mən nə o ödənişi edirəm, nə də ki, hər gün kiməsə zəng edib mahnımın səsləndirməsini xahiş edirəm. Bəs, dinləyici yeni mahnımı hardan eşitsin? Sənətdə olan bəzi yaşlı sənətkarlar kimi unudulmaqdan gileylənib inciyirlər. Deyəsən, mən də yaşım çoxaldıqça hər şeydən tez inciyən, küsən olmağa başlamışam (gülür).
- Yaradıcılığınız daha çox toy üzərində qurulub. Amma toy sənət deyil, deyirlər..
- 18 yaşımdan toy məclislərini idarə edirəm. Onun təcrübəsi tam başqadır. Necə deyərlər, “toydan-toy tuturam” (gülür). Ona görə də, dəvət edənlərin sayı çoxdur. İnanın, bizim elə toylarımız var ki, orda ancaq klassik bəstəkar mahnıları istənilir. Məsələn, Rəşid Behbudov, Tofiq Quliyev kimi görkəmli bəstəkarların əsərlərini istəyirlər. Ona görə də deməzdim ki, toy sənət deyil. Mən bir çox sənətkarla məclis idarə etmişəm. Məsələn, Xalq artisti Faiq Ağayev. Dəyərlim, əzizim, böyüyüm, sənətimdə dəstək olanım. Düzdür, məndən inciyib, amma elə belə xırda bir şeyin üstündə umu-küsü olub. Uman yerdən küsərlər. Hətta bəlkə də o, indi heç bunu xatırlamır. Mən onun zəhmətini heç vaxt yerə vurmaram, unutmaram. Faiq müəllimlə çox mötəbər insanların məclislərində, elit toylarında iştirak eləmişəm. Yuxumda belə görə bilməyəcəyim insanların qarşısında oxumuşam.
“Kaş heç kimə cavab verməzdim”
- Xuraman Şuşalı vaxtıilə şou-biznesin necə deyərlər, “göbəy”ində idi. Qalmaqallar, fotosessiyalar, kliplər...
- Bilirsiniz, şou-biznes məni çox cılışlaşdırdı. Əvəllər mənə kim nə deyirdisə, onunla oturub-dururdum. Tutaq ki, müxbir deyirdi, “gəl, sən belə-belə denən, qalmaqal yaradaq”. Mən də edirdim. Düzdür, özümün də canımda nəsə var idi, amma yenə də, kaş eləməzdim. Hətta elə olub ki, mənim ən hirsli, aqresiv, emosional dediyim hissələri kəsib efirə veriblər. Nəticədə də insanların ağlında tamamilə başqa Xuraman qalıb. Onlar elə düşünürdülər ki, mən aqresiv, nevroz, üzr istəyirəm, həyasız biriyəm. Qarşımdakı müxbirə “yox” deyə bilmirdim, amma indi heç vaxt bu addımı atmaram. Çünki o qalmaqallarla özümə ziyan elədim. Əslində bu söz-söhbətlər, davalar mənə lazım deyildi. Onlar olmasaydı da, sevilərdim, həm də səviyyəli və gözəl şəkildə. Özüm də əsəb keçirməzdim. Kaş heç kimə efir vasitəsilə cavab verməzdim. Əgər, insanın sənəti varsa, niyə qalmaqalla gündəmə gəlsin? Bir dəfə sənətinlə efirdə görünmək, on dəfə qalmaqalla görünməkdən min dəfə yaxşıdır.
“Trenddə birinci olmaq 2500 manatdır”
- Bəs, indi sizə şou-biznes necə görünür?
- İndi həddindən artıq müğənni sayı çoxdur və keyfiyyətsiz işlər təqdim olunur. Məsələn, biri çıxıb deyir ki, yeni fotosessiya çəkdirməşəm. Baxıb görürsən ki, telefonla çəkilən şəkillərdir. Məncə, biz çox geriyə doğru gedirik. Əvvəllər keyfiyyət, sənət, rəqabət var idi. Əslində, indi məşhur olmaq çox asanddır. Əvvəllər klipin ancaq efirlərdə gedə bilərdi, indi isə sosial şəbəkələr var. Onların çoxalması da gözlərimizi “mazol” edib. Əvvəllər çox az müğənninin efirə çıxması pulsuz idi. Məsələn, Aygün Kazımova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova. Amma onlar da kanal rəhbərliklərinə jest edirdilər. Lazım olanda onların toylarında, məclislərində oxuyurdular. Çağırıldıqları toylara getməyəndə isə qadağalarla qarşılaşırdılar. Düzdür, söhbət adlarını çəkdiyim müğənnilərdən yox, bizə olan ümumi münasibətdən gedir. Necə yəni, sən mənim telekanalımda pulsuz oxuyursan, amma məclisimdə oxumursan? Elə şey olar? Düzdür, sabah onlar çıxıb deyə bilərlər ki, belə bir şey olmayıb, amma jurnalistlər, mən, bəzi müğənnilər reallığı bilirik. Düzdür, mənə belə qadağa qoyulmayıb, çünki çağırdıqları məclislərə gedib oxumuşam (gülür) Bilirəm ki, indi trend məsələsi olduqça gündəmdədir. Hər kəs ora düşmək üçün can atır. Səhv eləmirəmsə, o siyahıda birinci olmaq 2500 manat dəyərindədir.
“Bunu Faiq Ağayevə necə deyim?”
- “W-TRIO”nu kim dağıtdı?
- Natavan deyir ki, mən dağıtmışam (gülür). Bəli, qrupdan ilk mən çıxdım. Çünki həm özüm fərdi şəkildə toylara gedirdim, həm də qrupla. Bu isə məni çox yorurdu. Elə toylar olurdu ki, mən Faiq Ağayevin qız oxuyanı kimi gedib onunla səhnəni bölüşürdüm, həmin məclisdə də saat 9-da da qrupla oxumalı idim. Natavan deyirdi ki, “Xuraman, heç olmasa biz gələnə qədər oxuma”. Mən də yalandan deyirdim “yaxşı”, amma hara susuram. Faiq müəllimə necə deyim ki, oxumuram? O vaxtlar “qaz vurub qazan doldururdum” (gülür).
“Televiziyalardan mahnılarımı, görüntülərimi sildirdim”
- Hicab və səhnə. Çoxları üçün bu ziddiyyətdir. Bəs siz həmkarlarınıza bunu tövsiyə edirsiniz?
- Əgər, “hicab”a olan eşq olmasa, bu addımı atmaq çox çətindir. Heç kim mənə baxıb “hicab”a keçməsin, Xanım Fatiməyi-Zəhranı örnək götürsünlər. Ola bilsin ki, mən “hicab”ı hardasa daha müasir formada daşıyıram, amma sevirəm. İnanırsınız, mən həyatımın, sənətimin ən uğurlu vaxtlarında bu addımı atdım. “Hicaba” keçdiyim gün radiolardan, televiziyalardan mahnılarımı, görüntülərimi sildirdim. Amma təssüf ki, hələ də bəzi verilişlərdə başıaçıq görüntülərimi göstərirlər. Ya da ki, internetdəki özüm yükləmədiyim bəzi şəkillərim ki var, onları nümayış etdirirlər. Amma rica edirəm, o fotoları silsinlər. onları yenidən göz önünə sərməsinlər. Mənə görə yox, Allah rızasına görə bunu etsinlər.
- O görüntülərə, fotolara görə peşimansınız?
- Yox, peşman deyiləm. Çünki o zamanlar sənətə olan eşqim çox böyük idi. İrəli getmək arzusu ilə yaşayırdım. Bu gün dərk etdiyimi, o vaxtlar anlamırdım.
- İki qız anasısınız. Onları da gələcəkdə “hicab”lı görmək istəyərsiniz?
- Əlbəttə. Başlarını örtmələrini israr edərəm. Amma onların ürəyində bu sevgi olmasa, alınmayacaq. Gərək, övladı buna hazırlayasan. İslam, onun gözəlliyi haqda məlumatlı böyütməlisən. Bu gün tapşırıq versəm, “hicab”a keçərlər, amma sabah özləri bunu dərk edəndən sonra başlarını açsalar, mənə çox böyük zərbə olar.
- Bəs, onlar müğənni olmaq istəsələr, necə?
- Mənim kimi hicablı oxumaq iatəsələr, niyə də yox?! Uşaqlarımın hamısının səsi var. Amma böyük qızım rəssamlığa həvəs göstərir. İstərdim ki, həkim olsun, boş vaxtlarında da rəsm çəksin. Bilirsiniz, mən istəyirəm ki, övladlarım mənim çəkdiyim əziyyəti görməsinlər. Çünki mən çox əziyyət çəkmişəm, həyatın bütün ağırlıqlarını görmüşəm, ehtiyaclı yaşamışam. Gecə-gündüz işləmişəm, ailəmə kömək eləmişəm. Halbuki kiminsə qarşısında oxumaya bilərdim.
Yoldaşım məndən niyə boşansın ki?...
- Ailəcanlısınız. Amma tez-tez mediada sizin həyat yoldaşınızdan boşandığınızı, qaynananızla problem yaşadığınız haqda məlumatlar yayılırdı.
- Onlar ancaq dedi-qodulardır. Məndən ayrılmaq olar?! (gülür) Niyə boşanaq? Ağlım, imanım yerindədir. Əksinə. Hər zaman həyat yoldaşım tərəfindən “Sən çox yaxşı həyat yoldaşı, gəlin və anasan” sözlərini eşitmişəm. Düşünürəm ki, bu şişirdilmiş deyil, qazanılmış sözlərdir. Düzdür, elə olur ki, bəzən beynim çönür, deyirəm, ayrılıram, amma hara?! (gülür). Nə mən onu kiməsə verərəm, nə də yoldaşım məndən vaz geçər. Allah bizə o günü heç vaxt göstərməsin, çünki dörd övladımız var. Mənim atam dünyasını dəyişib, ona görə də atasızlığın nə olduğunu çox yaxşı bilirəm. Heç vaxt icazə vermərəm ki, uşaqlarım atasız böyüsünlər. Hər zaman yoldaşıma deyirəm ki, “Sən özünə yaxşı bax ki, biz də yaşayaq”. Allah bütün ailələri, övladları qorusun. Heç kim ailəsi dağılmasın, çünki bu övlad üçün çox böyük zərbədir. Hətta mən deyərdim ki, bu, cinayətdir.
“Gecələr telefonunu yoxlayıram”
- Qısqançsınız?
- Həddən artıq. Amma yoldaşım zərrə qədər şərait yaratmır. Əks halda bəlkə də mən onu öldürərdim (gülür). Gecələr onun telefonlarını yoxlayıram. Bilirəm ki, heç nə tapmayacağam, amma marağımdan baxıram (gülür). Əslində bu xüsusiyyətimi öldürmək istəyirəm, çünki zərərlidir. Qadının qısqanmağı təkəbbürlülük yaradır. Amma həyat yoldaşım mənə çox inanır.
Sevda Bayramova
VİDEO – FOTO: Fərid Şabanov