“4 427 000 manat maddi ziyan istintaq zamanı ödətdirilib” İLQAR ABBASOV
    • 22-01-2020, 18:28
    • 988

“4 427 000 manat maddi ziyan istintaq zamanı ödətdirilib” İLQAR ABBASOV

Ötən il baş vermiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən Bakı şəhər prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulan 10 477 000 manat maddi ziyandan 42%-i, yəni 4 427 000 manatı istintaq zamanı ödətdirilib.

Bunu Bakı şəhər prokuroru İlqar Abbasov əməliyyat müşavirəsində deyib.

O qeyd edib ki, ötən il polis orqanlarında aparılan işlər üzrə vurulan 28 milyon 171 min manat maddi ziyandan 95 %-i, yəni 26 milyon 795 min manatı istintaq zamanı ödətdirilib. /Report/