Anası öldü, bir neçə saat sonra konsert verdi - MÜĞƏNNİ FANATLARINI ŞOKA SALDI - VİDEO
    • 23-01-2020, 10:49
    • 815

Anası öldü, bir neçə saat sonra konsert verdi - MÜĞƏNNİ FANATLARINI ŞOKA SALDI - VİDEO

Anası vəfat etdikdən bir neçə saat sonra səhnəyə çıxaraq konsert verən məşhur müğənni Selin Dion açıqlaması ilə fanatlarını şoka salıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ifaçı səhnədə olarkən anasının dünyasını dəyişdiyini, amma özünün yaxşı olduğunu bildirib:"Anamın 92 yaşı var idi. Uzun müddət xəstə idi və yanımızda qala bilmədiyini bilirdik. İki gün əvvəl ona qulluq edən tibb bacılarından zəng gəldi və tezliklə onu itirə biləcəyimizi söylədi. Dünən gecə qardaşları ilə birlikdə Monrealda, yatağının yanında idik. Ona hekayələr danışdıq. Mahnı oxuduq. Bir-birimizi qucaqladıq, vidalaşdıq. Əmin idik ki, anam vəfat etməzdən əvvəl bir araya gəlməyimizi gözləyirdi".