-
- 7-09-2018, 11:18
- 1 124
Elman Rüstəmovdan açıqlama: İlin sonuna kimi...
Cari ildə inflyasiya birrəqəmli səviyyədə möhkəmlənib, ilin ilk 7 ayında orta illik inflyasiya cəmi 2,8 faiz olub. Proqnozlara görə, ilin sonuna inflyasiyanın elan edilən hədəf intervalından aşağı olacağı gözlənilir. Cari ilin altı ayında tədiyyə balansının cari əməliyyatlar balansında ÜDM-in 16 faizi səviyyəsində profisit yaranıb.
Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov sentyabrın 7-də Bakıda keçirilən “Azərbaycan Rəqabətlilik Forumu 2018”də deyib.
“2014-cü ilin sonlarından başlayaraq xarici şok, neftin qiymətinin əhəmiyyətli şəkildə aşağı düşməsi makroiqtisadi sferada bir sıra çağırışlar formalaşdırdı. Həyata keçirilmiş makroiqtisadi manevr 2015-ci ildən başlayaraq ölkədə iqtisadiyyatın sabitləşməsinə imkan verdi. Manevr nəticəsində neft gəlirlərindən istifadə səviyyəsi optimallaşdırıldı, məzənnə korreksiyası və adekvat monetar siyasət həyata keçirildi. Nəticədə milli iqtisadiyyatın daxili və xarici tarazlığı bərpa olundu, ölkənin strateji valyuta ehtiyatlarına əhəmiyyətli qənaət edildi, 2017-ci ildə tədiyyə balansında profisit yarandı, milli valyutanın məzənnəsinin iri tarazlıq səviyyəsi formalaşdı, inflyasiya aşağı düşdü və iqtisadiyyatın bərpasına nail olundu. 2017-ci ildən formalaşan makroiqtisadi sabitlik 2018-ci ildə də davam etməkdədir”, - deyə E.Rüstəmov bildirib.