Dairə seçki komissiyasının sədri istefa verdi - Hospitala yerləşdirildi
    • 24-01-2020, 23:48
    • 1 057

Dairə seçki komissiyasının sədri istefa verdi - Hospitala yerləşdirildi

Xətai rayonu 35 saylı üçüncü dairə seçki komissiyasının sədri İmran Hüseynəliyev tutduğu vəzifədən istefa verib. 

News24.az xəbər verir ki, onun istefa verməsinə səhhətində yaranan ciddi problemlər səbəb olub və artıq hospitala yerləşdirilib. 
İ.Hüseynəliyev Unikal.org-a açıqlamasında xəbəri təsdiqləyib və işdən çıxmaqla bağlı ərizə yazmasını belə əsaslandırıb:  

“Hazırda Daxili İşlər Nazirliyinin hospitalındayam. Ürəyimdə ciddi problemlər var və bu vəziyyətdə  fəaliyyət göstərə bilməyəcəyimi görüb işdən çıxmaq məcburiyyətində qaldım”.