İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
    • 25-01-2020, 12:17
    • 1 162

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Elazığda baş verən zəlzələ ilə bağlı başsağlığı verib.

News24.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Başsağlığı məktubunda deyilir: 

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Elazığda baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.
Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"