İlham Əliyev Ərdoğana başsağlığı verdi
    • 6-02-2020, 15:37
    • 777

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

News24.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Vanda baş vermiş qar uçqunu nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"