İmtahana dəqiqələr qaldı
    • 26-01-2020, 10:30
    • 917

İmtahana dəqiqələr qaldı

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanı keçirəcək.


News24.az xəbər verir ki, imtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada keçiriləcək və saat 11:00-da başlanacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış imtahana buraxılış rejimi başa çatır və bundan sonra gələn namizədlər imtahana buraxılmırlar.


İmtahanda iştirak etmək üçün namizədlər şəxsiyyəti təsdiq edən sənədin əslini və "Namizədin imtahana buraxılış vərəqəsi"ni təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.