Axtarışda olan qadın tutulub
    • 27-01-2020, 13:02
    • 721

Axtarışda olan qadın tutulub

Mingəçecirdə oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinə yanvarın 7-də şəhər ərazisində xətt avtobusunda Bakı şəhər sakini T.Cəfərovanın içərisində 2180 manat olan çantasının oğurlanması barədə məlumat daxil olub.
Mingəçevir ŞPŞ və Yevlax RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Samux rayon sakini, əvvəllər məhkum olunmuş S.Həsənova Yevlax şəhərinin ərazisində saxlanılıb.

Araşdırma zamanı onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.