Mingəçevirdə axtarışda olan cibgir QADIN TUTULDU
    • 6-04-2020, 12:58
    • 663

Mingəçevirdə axtarışda olan cibgir QADIN TUTULDU

Mingəçevirdə oğurluq hadisəsi baş verib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-də şəhər ərazisində Yevlax rayon sakini K.Kərimovun cibindən 210 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan S.Kadırova saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun Mingəçevir şəhər sakini A.Əliyevin cibindən 155 manat oğurlaması da müəyyən edilib.