"İnsanlar arasında təşviş var, amma" - Afaq Əliyeva
    • 28-01-2020, 16:01
    • 929

"İnsanlar arasında təşviş var, amma" - Afaq Əliyeva

"Bu günə olan məlumata görə, hələki koronovirusa yoluxmada şübhəli bilinən xəstə aşkar olunmayıb. Əgər belə bir hal baş verərsə bu barədə karanton xidmətinə, Səhiyyə Nazirliyinə, bizə məlumat verilir və lazımı tədbirlər həyata keçirilir".

News24.az xəbər veirr ki, bu sözləri  Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib. O qeyd edib ki, hər hansı bir xəstənin müayinə və müalicəsi üçün qeyd edilən tibb müəssisələrində lazımı şərait yaradılıb:"Eyni zamanda da Respublikasının rayonlarındakı mərkəzi xəstəxanalarında da palatalar ayrılıb və İnnovasiya Təhcizat Mərkəzi tərəfindən  dərman preparatları, dezinfeksiya edici maddələr və digər ləvazımatlarla təminat yüksək səviyyədədir". 

Afaq Əliyev əhalinin maarifləndiriləməsinin vacib olduğunu vurğulayıb:"İnsanlar arasında təşviş var, amma qeyd etmək istəyirəm ki, buna ehtiyac yoxdur. Hələki Azərbaycana şübhəli xəstə gəlməyib. Amma bu hava-damcı infeksiyadır. Geniş əlaqələr var. Bura ticarət əlaqələri daxildir. Orada oxuyan tələbələrimiz var. Uhan şəhərində yeddi tələbəmiz var. Onlar yaşadıqları evlərdə, yataqxanalarda təcrid olunublar. Yəni, çölə çıxmırlar. Həmin şəhərdə karantin həyata keçirilir. Şəhərə giriş və çıxış məhdudlaşdıırlıb".