4 evdən oğurluq edən keçmiş məhkum ƏLƏ KEÇDİ
    • 29-01-2020, 12:59
    • 821

4 evdən oğurluq edən keçmiş məhkum ƏLƏ KEÇDİ

Gəncədə oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 həyətyanı sahədən və 6 avtomobildən pul, su mühərriki, maqnitofon, yaddaş kartı və akkumulyator oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş T.Atakişiyev saxlanılıb.