Keçmiş məhkum 3 evdən OĞURLUQ ETDİ
    • 2-10-2019, 13:31
    • 722

Keçmiş məhkum 3 evdən OĞURLUQ ETDİ

Kəpəz rayonu ərazisində silsilə oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 3 evdən, 2 avtomobildən məişət əşyaları və inşaat materialları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov saxlanılıb.