429 beynəlxalq müşahidəçi AKKREDİTASİYADAN KEÇDİ
    • 29-01-2020, 17:01
    • 1 095

429 beynəlxalq müşahidəçi AKKREDİTASİYADAN KEÇDİ

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 429 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

News24.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər fevralın 9-da keçiriləcək.