-
- 30-01-2020, 09:15
- 1 747
Dilarə İtalyanın məşhur“Vogue” jurnalına düşən ilk azərbaycanlı müğənni oldu - FOTOLAR
Müğənni Dilarə Kazımova yeni layihə ilə sevənlərinin görüşünə gəlib.
News24.az xəbər verir ki, o, dünyaca məşhur "Vogue", "Harper's Bazaar", "Edith"və "Evon" maqazin saytlarının diqqətini çəkən fotosessiya elətdirib.
Müğənninin fotolarını Mançester universitetinin kompüter mühəndisliyini və film rejissorluq kursunu bitirən həmyerlimiz Elşən Hüseynov(@elimaxography) çəkib. Əsasən təbiət fotoları çəkən fotoqraf son iki ildə “street”,“cinematic” və “portrait” janrına üstünlük verir.
Dilarə Kazımovanın heç kəsə bənzəməyən özünəməxsus fərqli tərzinin professional fotoqrafın obyektivindən işıqlandırılması ortaya maraqlı şəkillər çıxardıb. Aygün Zeynalovanın müğənni üçün məxsusi hazırladığı saç düzümü və makyaj fotolarda Dilarə Kazımovanın xarakterini tam göstərə bilib. Daxili aləmlə xarici görünüşün vəhdətindən ortaya çıxan əsrarəngiz fotoların artıq ikisi "Vogue" tərəfindən təsdiqlənib və yaxın zamanlarda saytlarda yayımlanacaq.
Qeyd edək ki, müğənni bir neçə gün əvvəl şəxsi instaqram hesabında "Fotoqrafdan təklif alanda mənə bir məqam çox maraqlı idi- onun obyektivindən necə görünəcəyəm?" yazmışdı. Sualın cavabı artıq bəllidir. Çünki "Vogue” bu günə qədər yalnız ən uğurlu işləri yayımlayıb. Dilarə Kazımova isə İtalyanın məşhur “Vogue” jurnalına düşən ilk azərbaycanlı müğənnidir. Onu da vurğulayaq ki, bu layihə Dilarə Kazımovanın mütəmadi çalışdığı BOOMERANG LABEL şirkətinin dəstəyi ilə həyata keçirilib.