-
- 31-01-2020, 11:00
- 660
Bakıda polkovnikin oğlu tənha qadınları tora salıb – Onları evə aparıb və…
Bir müddət əvvəl Bakıda 2 qadına xəsarət yetirdiyinə görə məsuliyyətə cəlb edilən Aslan Qurbanlı barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.
News24.az-ın məlumatına görə, S.Canımova və M.Alıya ağır xəsarətlər yetirən və onları soyan gənc barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci, yəni, qəsdən sağlamlığa ağır zərərvurma maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Azad Məcidovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.
Qeyd edək ki, qadınlar zərərçəkən şəxs qismində tanınıb.
Hadisəyə gəlincə, A.Qurbanlı özünü Orxan adı ilə təqdim edərək Sumqayıt sakini S. Canımova ilə tanış olub. O, yeni sevgilsini münaqişə zəminində çoxsaylı bıçaq zərbələri ilə onu kürək, sinə, baş və üz nahiyəsindən yaralayıb. Ağır vəziyyətdə olan qadın 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
İlkin dindirmə zamanı zərərçəkən ona təzə tanış olduğu Orxan adında şəxsin hücum etdiyini bildirib. Lakin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən operativ-axtarış tədbirləri nəticəsində fakt üzrə Bakı sakini saxlanılıb. Özünü Orxan kimi təqdim edən şəxsin əslində, 1999-cu il təvəllüdlü Qurbanlı Aslan Azər oğlu olduğu ortaya çıxıb.
Araşdırma zamanı məlum olub ki, həmin şəxs bir həftə öncə M.Alı adlı qadına da hücum edərək, pul və qiymətli əşyalarını oğurlayıb. Avqustun 19-u saat 03:00-da Cavadxan küçəsi, bina 1-də isə Abşeron rayon sakini, 1972-ci il təvəllüdlü M.Alıya hücum olunub. Zərbənin gücündən qadın huşunu itirib, ayılanda isə 70 manat pul, 1000 manatlıq qızıl əşyaları və mobil telefonunun yoxa çıxdığını görüb. Qadın həmin şəxsin adının Həsən olduğunu bildirib. Kişi özünü ona elə təqdim edibmiş. Məlum olub ki, 20 yaşlı şəxs müxtəlif adlar altında tənha qadınlarla tanış olaraq onların etibarını qazanmağa çalışıb. Daha sonra isə xəsarət yetirərək, həmin qadınları qarət edib. İstintaq zamanı həmin şəxsin də A.Qurbanlı olduğu üzə çıxıb.
Məlumata görə, A.Qurbanlının atası polis polkovniki, babası isə tanınmış ictimaiyyət adamıdır.