Bakıda küçədə kişi sevdiyi qızı BIÇAQLADI
    • 4-02-2020, 17:15
    • 1 253

Bakıda küçədə kişi sevdiyi qızı BIÇAQLADI

Bakıda küçədə sevdiyi qadını bıçaqlayan şəxs barəsində açılmış cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

News24.az-ın məlumatına görə, keçən ilin avqust ayında Nəsimi rayonu ərazisində ictimai yerdə G.Məmmədovanı bıçaqlayan Cavanşir Kərimov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü, yəni, qəsdən sağlamlığa ağır zərər vurma  126.2.4. ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. 

Qeyd edək ki, keçən il 29 avqust tarixində Nəsimi rayonunda Cavanşir Kərimov qısqanclıq zəminində tanışı G.Məmmədovaya bıçaqla xəsarət yetirib. C. Kərimov hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Yaralı G. Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib.