Goranboyda 5 yaşlı uşağı maşın VURARAQ ÖLDÜRDÜ
    • 31-01-2020, 13:30
    • 908

Goranboyda 5 yaşlı uşağı maşın VURARAQ ÖLDÜRDÜ

Goranboyda 5 yaşlı uşağı maşın vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, yanvarın 30-da saat 18 radələrində Goranboy şəhəri ərazisində şəhər sakini F.Quliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən 5 yaşlı Ayaz Salehovu vurub. Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Goranboy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.