"Yarıçılpaq halda 8 saat döyülmüşəm, övladım əlimdən alınıb" - Azərbaycanlı müğənninin ŞOK ETİRAFLARI - VİDEO
    • 31-01-2020, 16:21
    • 3 299

"Yarıçılpaq halda 8 saat döyülmüşəm, övladım əlimdən alınıb" - Azərbaycanlı müğənninin ŞOK ETİRAFLARI - VİDEO

"Ailə quranda 17 yaşım var idi. Həyat yoldaşım dayım oğlu Vahid idi. Dayım üç uşağını atmışdı, amma sonra onlara ev vermişdi. Onlar hər dəfə küsəndə anam ailəni barışdırırdı. Anam doqquz yaşında rəhmətə gedib, atam isə evlənmədi. Dayım oğlum ilə 13 yaş fərqimiz var idi. Mənim 17, onun isə 30 yaşı var idi".

News24.az xəbər verir ki, bu sözləri müğənni Dana Durdana ARB TV-də yayımlanan "Elgizlə izlə" verilişində göz yaşı içində acı hekayəsini danışarkən deyib: "Toy günümüzün səhəri qaynanam belə dedi: "Sənin bacını oğluma almaq istəyirdim. Bacın istəmədi, oğluma səni aldım. Sizin beş uşağınız da olsa, mən sizi ayıracağam". Cavab verdim ki, “Sənin oğlunu dünəndən istəməmişəm, açın qapını gedim. Biz Rusiyaya köçdük, amma orada qala bilmədim. Uşağım dünyaya gələndən sonra ayrılıb, vətənə atamın yanına geri döndüm. Mən ailə quranda isə yaşım nikaha düşmürdü. Atam bunu bildi və ərimlə nikah kəsdirdi ki, ikinci dəfə ayrılsam, mənə ev düşsün. Lakin atam bilmədi ki, bu nikahla o, həyatımı sındırdı. Atam rəhmətə gedəndən sonra ərimdən yenə ayrıldım. Ərimin ailəsinə baldızımın həyat yoldaşı rəhbərlik edirdi. Bunlar ondan icazəsiz bir addım da atmırdılar. Baldızımın əri Sumqayıtda imkanlı şəxs idi. Ərimin ailəsi onların himayəsi altında idi. Oğlumla Bakıda yaşayırdım. Yaxın rəfiqəm Sənubərlə qalırdım. O mənim oğluma baxırdı. Elə oldu ki, uşaq atasını istədi. Mən oğlumu atasına qovuşdurdum. Dərbəndə getdim ki, orada restoranda oxuyub, pul qazanım. Gedəndə soruşdum ki, uşağa baxacaqsan? Dedi ki, bir həftə yanımda qalsın, sonra qaytaracağam. İcazə verdim".

Müğənni bildirib ki, bu icazədən sonra övladının atası uşağı dayəyə verib: "Uşaq isə atasını istəyir və sonra bir müddət atası ilə qalır. Daha sonra isə Sənubərə baldızımdan mesaj gəlir ki, uşağı geri qaytarmayacağıq, bizim problemimiz Dürdanə ilədir. Sonra məhkəməyə müraciət edəndə güldülər. Oğlumu verməmək üçün yoldaşımın ailəsi arqument gətirdi ki, bu qız müğənnidir, başımızı aşağa salır, müğənnilər əxlaqsızdır. Sübut-dəlilsiz məhkəmə uşağı məndən necə ala bilər? İndiyə kimi də məni analıq hüququmdan məhrum edə bilməyiblər. 2008-ci ildə uşağı qarşı tərəf götürüb. 2009-cu ildə Əziz adlı musiqiçinin əli ilə məni Dərbənddə evdən çıxarıblar. Bir neçə qadın tərəfindən amansızcasına yarıçılpaq vəziyyətdə 8 saat döyülmüşəm. Yiyəsiz bir qızam, nə atam, nə də ki anam var. İşgəncə ilə məni döyüb, videoya çəkiblər. Bu video isə iki hissəli olub. Birinci hissəsini gətirib ərimə veriblər. O zaman ərim Dərbənddə olub. Ərim videoya baxa-baxa deyib ki, gördünüz, axı deyirdim ki, bu qadın əxlaqsızdır. Camaat mənim üstümə şüşə tullayırdı. Mən o video ilə Dağıstan Prokurorluğuna getdim, kömək etmələrini rica etdim. Bu əziyyəti və işgəncələri verən insanları həbsə göndərməyim üçün mənə bir il lazım oldu. Uşaq isə bu vaxta qədər mənim yolumu gözləyir".

Sevda Bayramova