-
- 14-07-2019, 14:49
- 1 533
Vəsiqəsi olmayan sürücü dəhşətli hadisə törətdi - 28 yaşlı qız…
Bu ilin aprel ayında Abşeron rayonunda baş vermiş yol qəzası ilə bağlı açılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
News24.az-ın məlumatına görə, Hüseynova Vüsal Adıgözəl qızının maşınla vurulması hadisəsi ilə bağlı E.Qarayev barəsində rayon polis idarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci, yəni yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma maddəsi ilə açılan işin materialları məhkəməyə göndərilib. İş hakim Vaqif Həsənovun icraatına verilib.
Qeyd edək ki, 1991-ci il təvəllüdlü Vüsalə Hüseynova piyadalar üçün müəyyən edilməmiş hissədən yolu keçərkən minik avtomobilinin zərbəsinə tuş gəlib. Yaralı qız dərhal 1 saylı Xəstəxanaya yerləşdirilib.
Sonradan sürücünün qanunsuz şəkildə avtomobil sürdüyü üzə çıxıb.