-
- 4-02-2020, 11:37
- 872
2020-ci tədris ili üçün Pedaqoji Şuranın iclasları işinə başladı
2019-2020-ci tədris ili üzrə I yarımilin başa çatması ilə əlaqədar ümumi təhsil müəssisələrində Pedaqoji Şuraların iclasları təşkil olunur.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən News24.az-a verilən məlumata görə, iclasların keçirilməsində əsas məqsəd I yarımildə görülən işləri bir daha nəzərdən keçirmək, qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi aparmaq və kollegial qərarlar qəbul etməkdən ibarətdir.
Pedaqoji Şuraların toplantılarında məktəb direktorlarının və müavinlərinin məruzələri, sinif rəhbərlərinin hesabatları dinlənilir.
İclaslarda 2019-2020-ci dərs ilinin prioritet fəaliyyət istiqamətləri, I yarımil ərzində təhsilin keyfiyyətinin artırılmasına dair görülən işlər, məktəbdaxili qiymətləndirmələrin və fənn olimpiadalarının nəticələri, dərsə davamiyyət, IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıq, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması, qarşıda duran vəzifələr və digər mövzular ətrafında müzakirələr aparılır, müvafiq qərarlar qəbul edilir. Müəllimləri maraqlandıran suallar cavablandırılır.
Pedaqoji Şura iclaslarında, həmçinin fəaliyyətində fərqlənən müəllimlər Fəxri fərman və təşəkkürnamə ilə təltif olunur.
Qeyd edək ki, Pedaqoji Şura iclasları pedaqoji kollektivin hər bir üzvünü təhsil müəssisələrinin idarəolunmasına cəlb etməklə, qarşıda duran aktual məsələlər barədə kollegial qərarlar qəbul etməyə imkan verir.